Müəllimlər koronavirusa yoluxdu, orta məktəb distant təhsilə keçdi

HADİSƏ 12 apr 2021, 22:48
Biləsuvar şəhər 1 saylı tam orta məktəbdə koronavirusa yoluxma aşkarlanıb.

“Report” xəbər verir ki, məktəbin iki müəllimində koronavirusa yoluxma halı aşkarlanıb.

Orta məktəb bu səbəbdən distant təhsilə keçib.

Qeyd edək ki, bu təhsil ocağı koronavirusa yoluxma halının aşkarlanması ilə bağlı Biləsuvarda fəaliyyətini dayandıran ilk məktəbdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top