İctimai-iaşə obyektlərində çalışanlar işçiləri peyvənd olunacaq? — VİDEO


SOSİAL 12 apr 2021, 18:02
Koronavirus pandemiyası qlobal iqtisadiyyatda ciddi geriləməyə səbəb olub. Bizneslər bağlı qaldıqca iqtisadiyyatlar ziyan çəkib, işsizlik, yoxsulluq artıb. Elə ölkəmiz də daxil zaman-zaman tətbiq edilən açılıb-qapanmalar isə əsasən fəaliyyətə başlayıb özlərinə gəlməyə çalışan ictimai-iaşə obyektlərində yenidən durğunluğa gətirib çıxarıb. 

Ekspertlərin fikrincə, pandemiyanın artıq həyatımızın bir hissəsi olduğunu nəzərə alıb, dünyanın bir çox ölkələri karantin qadağalarını tədricən qaldırır. Çünki qapanma həll yolu deyil və bu illərlə davam edə bilməz. Bu səbəbdən insanların pandemiya şərtlərinə uyğun olaraq normal həyata qayıtması prosesi həyata keçirilməlidir. 

Artıq Qida və içki sənayeçiləri assosiasiyasına üzv olan qida müəssisələri, xüsusən ictimai-iaşə obyektləri öz əməkdaşlarının növbədənkənar peyvənd proqramına qoşulması üçün hökumətə müraciət ünvanlayıb. Sevindirici haldır ki, bu sahədə çalışanlar artıq prioritet qrup kimi qəbul edilib və könüllülük əsasında istənilən zaman peyvənd oluna bilərlər. 

Mütəxəssislər hazırkı mərhələnin məntiqindən çıxış edərək bildirir ki, bundan sonra yeni qapanmalar əvəzinə koronavirusun yarada biləcəyi ziyanı minimuma endirmək haqqında fikirləşilməlidir. Vəziyyətdən çıxmaq üçün ən optimal yol vaksinasiya prosesini mümkün qədər sürətləndirmək və gigiyena qaydalarına əməl etməkdir. 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
 


Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top