Koronavirusdan sağalanlar oruc tuta bilərmi? — VİDEO

SOSİAL 12 apr 2021, 18:15
Bir ildən çoxdur bütün dünya COVID-19-la mübarizə aparır.

Mütəxəssislərin fikrincə, virusdan sağalan insanlarda xəstəliyin əlamətləri bir neçə ay davam edə bilər.

Qarşıdan Ramazan ayının gəldiyini nəzərə alsaq, belə bir fikir ortaya çıxır: Koronavirusa yoluxan şəxs oruc tuta bilərmi?

Professor Adil Qeybulla Baku TV-yə bildirib ki, koronavirus infeksiyasından sağalandan sonra post-COVID sindromunun əlamətləri özünü göstərir:

“Koronavirus xəstəliyi keçirən insanların oruc tutması məqsədəuyğun sayılmır”.

İlahiyyatçılar da koronavirusdan sağalan şəxslərin reabilitasiya dövründə oruc tutmasını məsləhət görmür.

İlahiyyatçı Hacı Şahin bildirib ki, ümumiyyətlə xəstələrin oruc tutması düzgün deyil: 

“Koronavirusdan sağalan, lakin əlamətləri olan şəxslər də oruc tutmaya bilər. Reabilitasiya dövründən sonra oruca davam edə bilərlər”.

Ətraflı süjeti təqdim edirik:
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top