Hikmət Hacıyev: "Türk Şurası çərçivəsində media platformasının yaradılmasına ehtiyac var"

XARİCİ SİYASƏT 10 apr 2021, 14:47
“İnformasiya ölkələr arasında münasibətlərdə mühüm resursdur. Azərbaycan mediası 44 günlük Vətən müharibəsində öz imkanları ilə həqiqətləri dünyaya çatdırmaq istiqamətində səylər göstərirdi”.

Demokrat.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, türk mediası da Azərbaycan mediası ilə çiyin-çiyinə fəaliyyət göstərirdi: “Düşünürük ki, Türk Şurası çərçivəsində də media platformasının yaradılmasına ehtiyac var. Bu vəsilə ilə media forumları da təşkil edilə bilər”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top