Ermənistan parlamentinin üzvü Milli Məclisin deputatını ölümlə hədələdi: "Başını kəsəcəyik"

QARABAĞ 10 apr 2021, 13:29
Ermənistan parlamentinin Xarici əlaqələr komitəsinin əməkdaşı Lilit Gozalyan Azərbaycan Milli Məclisinin deputatı Tural Gəncəliyevi hədələyir.

Demokrat.az xəbər verir ki, bu barədə T.Gəncəliyev özünün “Facebook” hesabında bildirib.

Deputat qeyd edib ki, L.Gozalyan onu həbsxanada başını kəsməklə hədələyir.

“Ermənistanın uzun illərdir yaratdığı Azərbaycanafobiya və etnik nifrətin bariz nümunəsi olan davranışa görə həmin şəxsin tutduğu vəzifəsindən ən qısa müddətdə kənarlaşdırılması labüddür”, - deyə T.Gəncəliyev əlavə edib.

edib.

 





Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top