Deputat: “Bundan sonra SMS icazə sistemi tətbiq edilməyəcək, qorxmayın”


GÜNDƏM 10 apr 2021, 13:42
“Xarici ölkələrə gedəndə vaksin olunan şəxslərə bir sıra üstünlüklər tanınır, onlar karantinə alınmırlar”.

Bunu Pravda.az-a açıqlaması zamanı Milli Məclisin deputatı Aqil Abbas deyib.

Vaksinasiyadan keçənlərə əlavə üstünlüklərin tanınması ilə bağlı məsələyə münasibət bildirən deputat “nə edək, üstündə pul da verək?!” cavabını verib.

Aqil Abbas qeyd edib ki, vaksinasiyadan keçmək özümüzü və yaxınlarımızı qorumaq üçün vacibdir: “Vaksin olunanlar da, olunmayanlar da COVİD-19-a yoluxa bilər. Lakin peyvənd olunduqda xəstəliyi daha yüngül keçirmək ehtimalı çoxdur. Vaksinasiyadan keçmək mütləq lazımdır. Əgər məsləhət olmasaydı, dünya aləm vaksin vurdurmazdı. Qaldı ki, vaksinasiyadan keçənlərə hansısa üstünlüklərin verilməsinə… Vaksinasiyadan keçmək özümüzü və yaxınlarımızı qorumaq üçün vacibdir. Məsələn, vaksin olunanlara SMS icazə məhdudiyyətinin olmaması… Hesab edirəm ki, bundan sonra ümumiyyətlə, belə bir icazə sistemi tətbiq edilən deyil, qorxmayın”.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top