Bakıda yanan gəmi söndürüldü — YENİLƏNİB


HADİSƏ 10 apr 2021, 11:51
Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində yanalma körpüsündə doğranmaqda olan gəmidə baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Demokrat.az
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

***10:43

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində yanalma körpüsündə doğranmaqda olan gəmidə yanğın olması barədə məlumat daxil olub.


FHN-dən Demokrat.az-a bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top