“Siyavuş Novruzov YAP və Milli Məclisdən qovulsun!” — Canlı efirə içkili çıxmaq qalmaqalı

GÜNDƏM 08 apr 2021, 12:31
“YAP-ın və Milli Məclisin təəssübünü çəkən, YAP-a və Milli Məclisə hörmət qoyulmasını istəyən ziyalı insanlar varsa, Naxçıvandakı 5 saylı Şahbuz-Babək Seçki Dairəsindən 20 ildir YAP-ın dəyişməz deputatı olan Siyavuş Novruzovun YAP-dan və Milli Məclisdən qovulması barədə təşəbbüs qaldırmalıdırlar”.

Demokrat.az xəbər verir ki, bu açıqlama ilə Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü çıxış edib. O, bildirib ki, S. Novruzovun Müsavat TV-nin efirinə sərxoş çıxması bu addımı zəruri edir:

“Bunun üçün tam hüquqi əsas da var: adam efirlərə içkili halda gəlir, anlaqlı durumda deyil və qeyri-etik davranışları təkrarlanan xarakter alır!

Onu YAP-dan və Milli Məclisdən qovmadıqca, Siyavuş Novruzov YAP-ın və Parlamentin dəyişməz siması olaraq qalacaq!”.(yenisabah.az)

“Siyavuş Novruzov YAP və Milli Məclisdən qovulsun!” – Canlı efirə içkili çıxmaq qalmaqalı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top