Bakıda iki maşın toqquşdu — xəsarət alanlar var

HADİSƏ 07 apr 2021, 00:23
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Şüvəlan qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1973-cü il təvəllüdlü Hüseynova Təranə Şəmməd qızı, 2001-ci il təvəllüdlü Salayev Ceyhun Sahil oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. T.Hüseynovaya döş qəfəsinin əziyi, C.Salayevə sol saidin çoxsaylı sıyrıntıları diaqnozu qoyulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top