İƏT nümayəndə heyətinin Gəncəyə səfəri başladı

QARABAĞ 06 apr 2021, 17:56
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Gəncə şəhərinə səfəri başlayıb.

"Report"un Qərb mərkəzinin məlumatına görə, səfərin məqsədi İkinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfinin Gəncə şəhərində törətdiyi müharibə cinayətləri ilə tanış olmaqdır.

İƏT Təmas Qrupunun nümayəndələri həmcinin müxtəlif dövlət qurumlarında görüşləri də nəzərdə tutulub.

Xatırladaq ki, nümayəndə heyətinin üzvləri Ağdam rayonunda olublar, Cümə Məscidini ziyarət ediblər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top