Baş Prokurorluq Ukraynadakı səfirliyimizdə istintaqa başladı – RƏSMİ

HADİSƏ 11 dek 2018, 23:45

Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı Xarici İşlər Nazirliyi (XİN) tərəfindən müvafiq araşdırma aparılıb.

Demokrat.Az xəbər verir ki, XİN-nin mətbuat xidməti bunu “BakuPost”un sorğusuna cavab olaraq bildirib.

XİN nəzərə çatdırıb ki, araşdırmanın nəticələri ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna müvafiq müraciət göndərilib:

“Hazırda ölkəmizin Ukrayna səfirliyində aparılan audit yoxlaması, məhz Baş Prokurorluq tərəfindən həyata keçirilən istintaq araşdırması çərçivəsində reallaşdırılır”.

Qeyd edək ki, "BakuPost" bu gün Azərbaycanın Ukraynadakı səfirliyində audit yoxlamasının aparıldığı barədə məlumat yayıb. Məlumatda bildirilirdi ki, Azərbaycan Hesablama Palatasının auditorları artıq 3 gündür ki, səfirlikdə maliyyə sənədlərini araşdırır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top