Taleh Ziyadov Türk Dünyası Əməkdaşlıq Şurasının nümayəndə heyəti ilə görüşdü — FOTO

GÜNDƏM 06 apr 2021, 14:11
Hazırda, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadovla, Türk Dünyası Əməkdaşlıq Şurasının nümayəndə heyəti arasında görüş keçirilir. 

Demokrat.az xəbər verir ki, görüşdə əsas müzakirə mövzusu, Türk Şurasına üzv ölkələrin limanları ilə əməkdaşlığın genişləndirilməsi məsələsidir. 

Görüş zamanı tərəflər qeyd edib ki, Azərbaycanın 2-ci Qarabağ döyüşlərində əldə etdiyi uğurlu nəticə sayəsində, bölgədə yeni nəqliyyat imkanı yaranıb ki, bu da Şuraya üzv ölkələr arasında əməkdaşlığın genişlənməsinə imkan verəcək.  

Daha sonra qonaqlar, yüklərin qəbulu və yola salınması prosesini yerində izləmək üçün Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olacaqlar.

Bir 2 nəfər, people standing və oturan insanlar şəkili ola bilər

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top