Hulusi Akar: "Türk ordusu Azərbaycanda dost və qardaşlarımızın haqqını qoruyur"

XARİCİ SİYASƏT 05 apr 2021, 17:49
“Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Silahlı Qüvvələri Suriya, İraq, Kipr, Azərbaycan, Liviya, Aralıq dənizinin şərqi və başqa coğrafiyalarda, ölkədə və sərhəd xaricində hüquqlarımızı, əlaqələrimizi, maraqlarımızı qorumaq, regional və qlobal sülhü, sabitliyi, dost və qardaşlarımızın da haqqını, hüququnu qorumaq üçün böyük fədakarlıq və qəhrəmanlıqla apardığı mübarizəni davam etdirir”.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Təqaüdçü Zabitlər Dərnəyi və Türkiyə Təqaüdçü Çavuşlar Dərnəyinin başçılarını, İdarət Heyətinin üzvlərini qəbul edərkən bildirib.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri Qazi Mustafa Kamal Atatürkün dediyi kimi, ağıl və elm işığında, Konstitusiya çərçivəsində, qanunlara və Prezidentin direktivlərinə uyğun olaraq, türk millətinin əmrindədir: “Buna heç kim şübhə etməsin”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top