Oğuzda meşədə yanğın başladı

HADİSƏ 05 apr 2021, 17:36
Oğuz rayonun meşəlik ərazisində yanğın başlayıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yanğın bu gün günorta saatlarında rayonun Xaçmaz və Mollalı kəndləri yaxınlığında, dağətəyi ərazidə baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Məlumata görə, yanğın hələ də davam edir.




Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top