Avropa çempionatına 11 taekvondoçumuz yollanacaq

İDMAN 05 apr 2021, 09:09
Taekvondo üzrə Azərbaycan milli komandasının aprelin 8-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, dörd gün davam edəcək yarışa 11 idmançı yollanacaq. G4 kateqoriyalı yarışda baş məşqçilər Reza Mehmandust və Elnur Amanovun rəhbərliyi altında kişilərdən Bəhruz Quluzadə (54 kq), Pərviz İsgəndərov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Payam Qobadi Oğaz (87 kq) və Radik İsaev (87 kq yuxarı), qadınlardan isə Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) mübarizə aparacaq.

Nümayəndə heyətinə federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev başçılıq edəcək. Gündüz Abdullayev isə Sofiyaya hakim qismində yollanacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top