Gürcüstana Çin vaksini çatdırıldı

DÜNYA 03 apr 2021, 19:59
Gürcüstana 100 min dozadan ibarət Çinin “Sinopharm” şirkətinin istehsalı olan koronavirus əleyhinə peyvənd tədarük olunub.

“Report”un yerli bürosu xəbər verir ki, preparatlar xüsusi reyslə Tbilisi beynəlxalq hava limanına çatdırılıb.

Gürcüstanda Çin vaksini ilə peyvəndlənmə prosesinə hələ başlanılmayacaq. Qonşu ölkə preparatın Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq olunmasını gözləyəcək.

“Sinopharm” preparatı 55 yaşdan yuxarı vətəndaşlar və səhiyyə işçilərinin vaksinasiyası üçün istifadə ediləcək.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top