Operativ Qərargah məlumat yaydı — SON DƏQİQƏ

SOSİAL 02 apr 2021, 22:59
Bu gün Azərbaycanda 32 min 670 nəfər yeni koronavirus infeksiyasına qarşı vaksinasiya olunub.

Bu barədə Demokrat.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.

Məlumata görə, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 min 509, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 21 min 161 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 889 min 33-dür. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 569 min 994, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 319 min 39 nəfərdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top