Cavid Osmanov: “Aprel döyüşləri Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılıb”

GÜNDƏM 02 apr 2021, 16:54
Bu gün Aprel döyüşlərinin 5-ci ildönümüdür. Aprel döyüşlərində düşmənin uzun illər davam edən təxribatlarına verilən qısa cavab 44 günlük Vətən Müharibəsində tamamlandı və Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi.
 
Mövzu ilə bağlı Pravda.az-a danışan Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, Aprel döyüşləri şanlı qələbəyə gedən yolda attığımız ilk addımlar idi.
 
Deputatın sözlərinə görə, 2016-ci ilin Aprel döyüşləri Azərbaycanın hərb tarixinə qızıl hərflərlə düşüb və əlbəttə ki, aprel hadisələrini Vətən Müharibəsindəki qələbəmizin özülü kimi qiymətləndirə bilərik: “Çünki biz ilk dəfə 2016-cı ildə işğalda olan bir sıra ərazilərimizi düşməndən azad etdik və həmin ərazilərdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bərpa işləri aparıldı. Aprel döyüşlərində biz həmçinin ruhən qalib gəldik. Döyüşlərin nəticəsində xalqımız ruh yüksəkliyi yaşadı və hər kəsə aydın oldu ki, Azərbaycan, doğrudan da, güclü dövlətdir, onun güclü Ali Baş Komandanı və ordusu var. Bu amillər çox keçmədən, 2020-ci ildə 44 günlük Vətən Müharibəsində özünü biruzə verdi. Beləliklə, müharibədə Azərbaycan parlaq qələbə qazandı. Nəhayət biz ərazi bütövlüyümüzü tam təmin edə bildik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”
 
Qeyd: Azərbaycan ilə işğalçı Ermənistan arasında 2016-cı ildə baş vermiş Aprel döyüşləri nəticəsində Azərbaycanın Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olunmuşdu.

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top