“Avroviziya” müsabiqəsinə tamaşaçılar da buraxıla bilər

ŞOU-BİZNES 01 apr 2021, 15:44
“Avroviziya” müsabiqəsinin təşkilatçıları izləyicilərinə may ayında keçiriləcək yarışmada iştirak etməyə icazə verə bilərlər.

TASS-ın məlumatına görə, bu, Niderland hökumətinin müvafiq qərarından sonra mümkün olub.

Bildirilir ki, “Avroviziya” Mahnı Müsabiqəsinin icraçı direktoru Martin Osterdal qərarı alqışlayıb.

“Təşkilatçılar mövcud olan variantları nəzərdən keçirəcək və önümüzdəki həftələrdə tədbirin vaxtı barədə daha ətraflı məlumatı elan edəcəklər”, - deyə o, vurğulayıb.(oxu.az)

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top