“Azmikroinvest”ə rəhbər təyin olundu

MALİYYƏ 01 apr 2021, 13:34
“Azmikroinvest” MMC-yə (bank olmayan kredit təşkilatı) rəhbər təyin olunub.

Demokrat.az xəbər verir ki, bu vəzifəyə Mansur Talıblı təyin olunub. 

Mansur Talıblı 2020-ci ilin noyabrında “Azmikroinvest” BOKT-a hüquqşünas kimi gəlib. O, buna qədər “MuğanBank” ASC-də çalışmışdı.

Bu təyinatadək baş direktor vəzifəsini müvəqqəti olaraq Qasım Babayev icra edirdi. Hazırda o baş direktorun müavini olaraq qalır. 

Qeyd edək ki, Qasım Babayev Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini Avtandil Babayevin oğludur.

“Azmikroinvest” BOKT 2014-cü ildə yaradılıb, 1.5 milyon nizamnamə kapitalına sahibdir. Səhmlərinin 100%-i İlqar Əhmədzadəyə məxsusdur.(index.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top