BMT Baş Assambleyasının sədrinin Azərbaycana səfərinin tarixi açıqlandı

XARİCİ SİYASƏT 01 apr 2021, 12:03
BMT Baş Assambleyasının Sədri Volkan Bozkır aprelin 8-i və 9-da Azərbaycana səfər edəcək.

Bu barədə "Report"a BMT-dən məlumat verilib.

Bildirilib ki, səfər zamanı V.Bozkırın Azərbaycan Prezidenti İlham Əliyev, Xarici işlər naziri Ceyhun Bayramov və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşləri nəzərdə tutulub.

Xatirladaq ki, BMT Baş Assambleyasının Sədri Volkan Bozkır 1-12 aprel tarixlərində Türkiyə, Qətər və Azərbaycana səfər edəcək.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top