"Biz vasitəçilik etmirdik, beşulduz otellərdə gecələyir, bahalı restoran və barlarda dincəlirdik" — Keçmiş həmsədr

SİYASƏT 31 mar 2021, 23:36
"Minsk qrupu həmsədrləri “məsələ ancaq sülh yoluyla həll edilməlidir” açıqlamasını mantra kimi təkrarlayarkən və guya bunun üçün planlar təqdim edərkən baş aldadır, münaqişəni necə var eləcə də saxlamaq istəyirdirlər."

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev facebook hesabında yazıb. Deputat Minsk qrupunun keçmiş həmsədrlərindən olan Riçard Hoqlandın “The International Conflict Resolution Center” saytında öz vasitəçilik missiyaları ilə bağlı sensasion yazısından sitat gətirib.

"Minsk qrupunun keçmiş həmsədrlərindən Riçard Hoqlandınkı qədər onların vasitəçilik missiyasının nəyə xidmət etdiyini və Azərbaycanın ikinci Qarabağ savaşında qazandığı qələbədə Ermənistanın sadəcə aysberqin görünən tərəfi olduğunu, bütün çılpaqlığıyla açıb gösətən ikinci bir etirafa rast gəlməmişəm.

Baxın Minsk qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqland “The International Conflict Resolution Center” saytında öz vasitəçilik missiyalarıyla bağlı nə yazır, oradan iki sitatı diqqətinizə çatdırıram. Birinci sitat: “Biz beşulduz otellərdə, özəl yeməkxanaya giriş haqqı verilən, barlardan heç bir əlavə xərc çəkmədən faydalanıla bilən mötəbər adamların yerləşdirildikləri mərtəbələrdə qalırdıq. Ən yaxşı restoranlarda yeyirdik. Amma açığını desək, həddən artıq az nəticə əldə edilmişdi”.

Hər ayyarımdan bir bizim regiona, Moskvaya və qərbdəki bir sıra ölkələrin paytaxtlarına oxşar turist səfərləri etdiklərini bildirən Hoqland “Lavrov planı” haqda yazdıqları da çox maraqlıdır: “ Plan açıqlananda mən nəcib həmkarım rusiyalı həmsədr Popovdan soruşdum ki, əgər İrəvan və Bakı razılaşıb bir-birinə güzəştə getsələr, Kreml onu reallaşdırmaq istəyəcəkmi? O, açıq şəkildə cavab verdi ki, əlbəttə yox. Onda mən anladım ki, Dağlıq Qarabağ Ermənistanla Azərbaycan arasındakı ikitərfli problem deyil, Rusiyanın aparıcı və bəlkə də həlledici rol oynadığı üçtərəfli məsələdir”.

Fikir verirsinizmi, həmsədrlik edən və aparılan danışıqların bütün incəliklərindən xəbərdar olan Hoqland nə deyir. O deyir ki, biz vasitəçilik etmirdik, gözəl otellərdə gecələyir, bahalı restoranlarda yeyib-içib gəzirdik. Münaqişənin həlliylə bağlı özümüzün hazrılayıb təqdim etdiyimiz planlar isə yerinə yetirilmək yox, gözə kül üfürmək üçün idi. Azərbaycanla Ermənistan həmən sənədlərdə nəzərdə tutulanlarla razılaşdıqları halda belə onlar reallaşmayacaqdı. Ən azından Rusiya buna razı olmayacaqdı.

İndi anlaşıldımı ki, Minsk qrupu həmsədrləri “məsələ ancaq sülh yoluyla həll edilməlidir” açıqlamasını mantra kimi təkrarlayarkən və guya bunun üçün planlar təqdim edərkən baş aldadır, münaqişəni necə var eləcə də saxlamaq istəyirdirlər.

Hoqlandın bu açıqlaması nə deməkdir, o deməkdir ki, torpaqlarını işğaldan qurtarmaqla Azərbaycan təkcə Ermənistan üzərində qələbə çalmayıb. Bu həm də hay havadarları rolunda çıxış edən, daha dəqiqi onlardan geosiyasi məqsədləri üçün faydalananlar üzərində qələbədir", deyə Sahib Alıyev qeyd edib./Avropa.info

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top