1918-ci ilin mart soyqırımında onlarla yəhudi qətlə yetirilib — VİDEO

GÜNDƏM 31 mar 2021, 14:53
1918-ci ilin mart soyqırımında təkcə azərbaycanlılar deyil, həmçinin ölkəmizdə yaşayan azsaylı xalqlar da amansızcasına qətlə yetirilib. 

Erməni vandalları etnik azərbaycanlılarla yanaşı Cənubi Qafqaz regionunda tarixən yaşayan digər xalqlara da divan tutub, onlara qarşı kütləvi qətliam törədiblər. Azərbaycanın müxtəlif regionlarında, əsasən də Qubada yaşayan yəhudilərə qarşı kütləvi qətllər törədilib. 

Soyqırımı nəticəsində körpə, qoca və qadınlar işgəncələrə məruz qalıb, vəhşicəsinə öldürülüblər. Azərbaycanda dağ yəhudilərinin dini icmasının rəhbərliyinin, Dövlət Arxivinin və ayrı-ayrı vətəndaşların köməkliyi sayəsində əldə olunan sənədlər geniş təhlil olunub, təkcə indiki Quba rayonu ərazisində ermənilər tərəfindən xüsusi amansızlıqla öldürülən 87 nəfər dinc yəhudi sakinin adı müəyyənləşdirilib. 

Qeyd edək ki, 1918-1919-cu illərdə erməni caniləri Stepan Şaumyanın, Amazaspın və Lalayanın başçılıq etdiyi daşnak quldur birləşmələrinin Azərbaycan ərazisində törətdiyi soyqırımı nəticəsində azərbaycanlılarla bərabər dinc yəhudilər də qətlə yetirilib. Rəsmi mənbələrə əsasən 1918-ci ilin 30 mart - 3 aprel tarixində soyqırımı nəticəsində 12 000-ə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. 

Ətraflı süjeti təqdim edirik:



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top