Deputat: “Prezidentin ötən gün imzaladığı sərəncamlar...”

GÜNDƏM 31 mar 2021, 13:55
“Prezident İlham Əliyevin sərəncamlarına əsasən, dövlət idarəetməsindən korporativ idarəetmə və strukturlaşmaya keçilib. Bu islahatlar idarəetmədə çox ciddi dəyişiklik deməkdir. Mahiyyət ondan ibarətdir ki, həmin müəssisələrə məxsus müəyyən mülklərin nəinki korporativ idarəetmə prinsipləri müəyyən ediləcək, eyni zamanda rentabelli olmayan sahələrin də gələcəkdə özəlləşdirilməsi mümkün olacaq”.
 
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.
 
Deputat bildirib ki, sərəmcamlar əhali ilə ən çox təmasda olan sahələri əhatə edir: “Çox ciddi addımlar atılıb. Bu sərəncamların hər birində xırda fərqlər olsa da, ümumi mahiyyət eynidir. Beləliklə, sərəncamların ümumi mahiyyətində təşkilatların struktur dəyişikliyi, idarə olunması, kadrların seçilməsi, fəaliyyətlərinin təmin olunmasının yolları göstərilir. Bildiyiniz kimi, sözügedən sərəncamlar üzrə artıq Müşahidə Şuralarının da tərkibi təsdiq edilib. Ötən gün imzalanan sərəcamların hər birində Cəmiyyətlərin idarə olunmasındakı əsas funksiyalar bir neçə yerə bölünür. Cəmiyyətin yenidən təşkili və ləğvi məsələsini qoymaq, onların Müşahidə Şurasının və icra orqanlarının rəhbərlərinin vəzifəyə təyinetmə və vəzifədən azadetmə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həvalə olunur. Eyni zamanda, Azərbaycan İnvestisiya Holdinqinə hər bir Cəmiyyətin nizamnamə strukturlarının və maliyyə hesabatlarının təsdiq edilməsi, kapitalın müəyyən olunması, auditlərin təmini, dövlət siyastinə uyğunlaşdırılması, qiymətli kağızların buraxılması və s. kimi məsələr həvalə edilir. Bununla yanaşı, Cəmiyyətlərin hər birinin Müşahidə Şuraları da müstəqil olaraq Cəmiyyətin inkişaf strategiyasını müəyyənləşdirəcək, xərclər və gəlirlər smetasını təyin edəcək”.
 
T.Kərimlinin sözlərinə görə, sərəncamlara əsasən, yalnız dövlət idarəetməsindən korporativ idarəetmə və strukturlaşmaya keçilib: “Bu islahatlar idarəetmədə çox ciddi dəyişiklik deməkdir. Sərəncamda göstərilməsə də, mahiyyət ondan ibarətdir ki, həmin müəssisələrə məxsus müəyyən mülklərin nəinki korporativ idarəetmə prinsipləri müəyyən ediləcək, eyni zamanda rentabelli olmayan, gəlir gətirməyən sahələrin də gələcəkdə özəlləşdirilməsi mümkün olacaq”.
 
Deputat hesab edir ki, bu islahatlar “AZAL”la bağlı narazılıqlara da son qoymalıdır: “Burada əsas subyektiv amillər rol oynayır. Qiymətlərin şişirdilməsi: bahalı qiymətə təyyarələrin, onların ehtiyat hissəslərinin, yanacağın alınması və yaxud da biletlərin həddən artıq baha qiymətə təyin olunması və s. bütün bunlar Müşahidə Şuralarının qərarı ilə müəyyən ediləcək. Belə çıxır ki, əgər müəssisə özü öhdəsindən bilmirsə, bunu İnvestisiya Holdinqinə həvalə edirik. Yəni bir növ, əgər əvvəllər bu məsələlərdə məsuliyyət ancaq həmin müəssisələrin boynunda idisə, indi onların üzərində Müşahidə Şurası və İnvestisiya Holdinqi var. Beləliklə, sözügedən holdinq bu məsələləri artıq özü tənzimləməlidir”.
 
Qeyd: Ötən gün Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Hava Yolları” və “Bakı Metropoliteni” QSC-lərinin Azərbaycan İnvestisiya Holdinqinə həvalə edilməsi ilə bağlı sərəncam imzalayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top