Türkiyə qələbəni əldən verdi

İDMAN 31 mar 2021, 00:41
Türkiyə millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

Demokrat.az
-ın məlumatına görə, Avropa zonasının G qrupunda yer alan “ay-ulduzlular” III turda Latviya ilə görüşüb.

İlk iki turda Niderlandı 4:2, Norveçi 3:0 hesabı ilə məğlub edən Şenol Günəşin yetirmələri yenə məhsuldarlıq nümayiş etdirib. Lakin 3 qol qardaş ölkə təmsilçisinə qələbə üçün yetərli olmayıb. 3:3 hesablı heç-heçə ilə xal hesabını 7-yə çatdıran türkiyəlilər vahid liderliyi ələ keçirib.

Bununla da xal hesabını 9-a çardıran Türkiyə qrupun vahid lideri olub. Qrupun digər oyunlarında qonaqlar qələbə qazanıb. Norveç Monteneqronu 1:0, Niderland Cəbəllütariqi 7:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, növbəti turun matçları sentyabrın 1-də keçiriləcək. Türkiyə Monteneqronu, Norveç Niderlandı, Latviya Cəbəllütariqi qəbul edəcək.

DÇ-2022
Seçmə mərhələ
G qrupu
III tur, 30 mart

Türkiyə - Latviya – 3:3
Qollar: Karaman, 2, Çalhanoğlu, 33, Yılmaz, 52 (pen.) – Saveyniks, 35, Uldrikis, 58, D.İkaunieks, 79
Apasport.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top