"Onlar birbaşa Rusiya sülhməramlı qüvvələrinin təlimatı ilə belə açıqlamalar verirlər"

QARABAĞ 30 mar 2021, 23:55
“Ermənistanın baş nazir Nikol Paşinyan və rəsmilər Azərbaycanla əlaqələrin normallaşdırılması, kommunikasiyalarin açılması istiqamətində sülhün əldə ediləcəyini, Ermənistan a“Onlar birbaşa Rusiya sülhməramlı qüvvələrinin təlimatı ilə belə açıqlamalar verirlər”
rtıq qonşularla normal münasibətlər quracağı ilə bağlı mesajlar verir. Bu, rəsmi Yerevanın siyasətində kardinal dəyişikliklər olaraq regionda yeni bir siyasi-iqtisadi nizamın formalaşmasına gətirəcək. Təbii ki, bunun müəllifi Azərbaycandır”.

Demokrat.az
xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Politoloq bildirib ki, separatçılar Paşinyanın siyasətinə qarşıdır:

“Prosesləri gərginləşdirən isə, Rusiya “sülhməramlı” qüvvələrinin məsuliyyət zonasında olan separtçıların rəhbərliyinin düşmənçiliyin davam etməsi, digər ərazilərin qaytarılması, yeni “ordu” quruculuğu barədə danışmasıdır. Bununla açıq görsənir ki, separatçılar Nikol Paşinyanın siyasətinə qarşıdır və düşmənçiliyin davam etməsində maraqlıdırlar. Bu, onu göstərir ki, separtçılar Yerevandan asılı deyil. Onlar birbaşa Rusiya sülhməramlı qüvvələrinin təlimatı ilə belə açıqlamalar verir. Ermənistanla əlaqələrin bərpası istiqamətində atılan ilk addımlar Ermənistanın Azərbaycana qarşı separatçıları dəstəkləməməsi olmalıdır”.

M.Əsədullazadə Azərbaycanın Arayik Arutyunyan və Vitali Balasanyanın tutulub təhvil verilməsi üçün müraciət etməli olduğunu vurğulayıb:

“Azərbaycan Rusiyadan sülhməramlı qüvvələrin məsuliyyət zonasında olan separtçılar Arayik Arutyunyan və Vitali Balasanyanın tutulub təhvil verilməsi üçün müraciət etməlidir. Çünki Xankəndidə Azərbaycana qarşı separatçılıq fəaliyyəti aparırlar, həmçinin terrorçu və hərbi cinayətkardırlar. Ölkənin suverenliyinə və ərazi bütövlüyünə qarşı fəaliyyət aparırlar. 10 Noyabr birgə Bəyanatında Qarabağın erməni icması və status məsələsi qeyd edilmir. Ona görə də siyasi iradə göstərilməli və separtçılar zərərsizləşdirilməlidir.

Azərbaycanın onların tutulub təhvil verilməsi üçün atacağı addımlar Qarabağda separtçılara böyük zərbə vura bilər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top