Ceyhun Bayramov Tacikistan prezidenti ilə görüşdü

XARİCİ SİYASƏT 29 mar 2021, 17:23
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tacikistan prezidenti Emomali Rahmon tərəfindən qəbul edilib.

Bu barədə Demokrat.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan və Tacikistan arasında mövcud olan ikitərəfli münasibətlərin hərtərəfli inkişafına dair məsələlər müzakirə olunub.

Tacikistan prezidenti Emomali Rahmon Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq ölkənin son illər ərzində keçdiyi inkişaf yolunu xüsusi olaraq vurğuladı. O, Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistana rəsmi səfərə dəvət etdi.

Tacikistan prezidenti Azərbaycanın COVİD-19 ilə mübarizədə Tacikistana göstərdiyi yardımı yüksək qiymətləndirərək, pandemiya müddətində Azərbaycanın Tacikistan mallarının tranzit daşımaları üçün xüsusi şərait yaratdığını vurğuladı və bununla əlaqədar Azərbaycan tərəfinə təşəkkürünü bildirdi.

Nazir Ceyhun Bayramov qəbula görə Tacikistan prezidentinə təşəkkürünü bildirdi və Azərbaycan Prezidentinin səmimi salamlarını qarşı tərəfin diqqətinə çatdırdı. Nazir bölgədə olan cari vəziyyət, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən törədilmiş dağıntılar, Azərbaycanın tarixi və mədəni irsinə vurulmuş ziyan, habelə bu ərazilərin yenidən qurulması və bərpası istiqamətində Azərbaycan hökuməti tərəfindən görülən işlər ilə bağlı qarşı tərəfə məlumat verdi.

Ceyhun Bayramov Tacikistan prezidenti ilə görüşüb

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top