Paşinyanın yeni seçki şüarı: "İstanbul evim, Bakı ocağım, Bayraktar biznesimdir"

DÜNYA 29 mar 2021, 16:31
“Qurbanlarının məzarları qarşısında diz çökmüş, türkü sevən bir ruh gəzir Ermənistanda”

Demokrat.az xəbər verir ki, bu sözləri keçmiş ədliyyə naziri, Milli Məclis sədrinin keçmiş müavini Arpine Ovannisyan bildirib.

O, özünün facebook səhifəsində daha sonra yazıb:

“Ermənilərin üzərində bir ruh gəzir, qurbanlarının məzarları qarşısında guya diz çökür. Türkləri sevən və məzarları ziyarət edən bir ruh. Bu ruh normal həyat səhnəsini qurmaq üçün əlindən gələni edir. Sanki hər şey qaydasındadır, həyat davam edir, Yerablur əldən getdi, heç elə bil “Bayraktar” övladlarımızı öldürmədi, sanki özü ilə arvadının bununla əlaqəsi yoxdur. O, özünü normal bir seçkidə iştirak edən böyük bir “inqilabçı” sanır.



Türkləri sevən bu xain üçün seçki şüarı da var: “İstanbul mənim evimdir, Bakı ocağımdır, Türklər ailəmdir, Bayraktar isə biznesimdir”.(konkret.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top