Mütəxəssis: “Total peyvəndləmə olsa bir ilə yoluxma 30 faizə qədər azala bilər”

SOSİAL 29 mar 2021, 16:10
Bir ildən artıq davam edən yeni növ koronavirus (COVID-19) pandemiyasının nəticələri aradan qaldırılmamış virusun yeni mutasiyaların yayılması çox ciddi narahatlıq doğurur. Son aylar yayılmaqda olan “Britaniya ştammı” əhali arasında həmin nararatlığın daha da artmasına səbəb olub.

“Britaniya ştammı” nın xüsusiyyətləri, əhatə dairəsi və əlamətləri barədə məlumat verən infeksion xəstəliklər və mikrobiologiya üzrə mütəxəssis Nazxanım Qasımova deyib: “Ötən il avqustun 24-də ilk dəfə həmin virus Honkonq universitet xəstəxanasının professorları tərəfindən aşkarlanıb və bu barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verilib. Həmin vaxt bir xəstənin təkrar yoluxması halı aşkar edilmişdi və sonra həmin virusun proteininin bir qədər fərqli olduğu üzə çıxmışdı. Bundan sonra onun yeni genomlarla qarşıya çıxa biləcəyi bildirildi. Bir müddət bu söhbətlər səngidi və sonradan həmin virus Britaniyada yenidən üzə çıxdı. İndi “Britaniya ştammı” adlandırılan da həmin virusdur. Lakin bu, yeganə ştamm deyil və bundan başqaları da var. Əslində yeni virusun üç nümunəsi aşkarlanıb və onlardan biri də “Braziliya ştammı”dır. Avropa Britaniya alimləri də qeyd ediblər ki, yeni virusun letallıq və yoluxuculuq faizi daha yüksəkdir. Ona görə də bir dəfə virusa yoluxan şəxsin təkrarən yeni ştamma yoluxması mümkündür”.

“Britaniya ştammı”nın təsir dairəsi və diaqnozu barədə danışan müsahibimiz deyib: “Martın 17-də ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) paylaşdığı cədvələ əsasən, təəssüf hissi ilə demək olar ki, xəstəlik cavanlaşdı. Xəstəliyin pik həddi 18-25, yüksək hədd 25-35, sonrakı həddə 35-50 yaş arasıdır. Həmin cədvələ əsasən, 18-54 yaş arası yoluxdurma faizi daha yüksəkdir, yaşlılara yoluxması isə bir qədər azdır. Bunun bir neçə səbəbi var. Bunun yeni ştammın xüsusiyyəti ilə bağlılığı yoxdur. Burada bir neçə məqam var. İlk növbədə, yaşlı əhali arasında aparılan vaksinasıyanın rolunu və birinci dəfə xəstəliyi keçirəndən sonra yaranan immunoqlobulin qoruyuculuğu saxlaya bilməsini qeyd etmək daha düzgün olardı.

Əslində həmin xəstəliklərin diaqnozunda ciddi bir fərq yoxdur, lakin daha ağır gedişata malikdir. Bəzi başqa bir neçə tibbi göstəricilər var ki, onların mövcudluğu xəstədə yeni ştamma yoluxmadan xəbər verir. Bir də onu PZR analizi ilə aşkar etmək mümkündür”.

Mütəxəssisin şəxsi fikrinə görə, dünyada total şəkildə vaksinasiya aparılarsa və hər kəs həmin prosesdən yayınmadan inyeksiya edilərsə, düşünürəm ki, bir il müddətində yoluxma 30 faizə qədər enə bilər. Prosesin tam bitəcəyini güman etmirəm, doğrudur, dünyada aparılan vaksinasiya nəticəsində azalma müşahidə edilə bilər, lakin COVID-19 bir virus olaraq bizim aramızda qalacaq, necə ki, suçiçəyi, qızılca, hepatit və s. viruslar. Ona da qrip virusu kimi uzun illər qalacaq. Amma tam vaksinasiya aparılandan və kütləvi immunitet yaranandan sonra bəlli bir müddət var ki, həmin müddət keçməlidir. Bu, bir il də, iki il də davam edə bilər”.(AZƏRTAC)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top