Avtomobillərlə bağlı YENİ TƏLƏB

BİZNES 29 mar 2021, 16:44
Baş nazir Əli Əsədov "Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə qərar"da dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Demokrat.az xəbər verir ki, qərara əsasən, Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına dəyişiklik edilib.

Qüvvədə olan qərara əsasən,  yol vergisi xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilirdi. Dəyişikliyə əsasən,  avtomobilin xarici dövlətlərdə qeydiyyatda olmasının nəzərə alınması şərti əlavə olunur.

Beləliklə, əsasən, yol vergisi artıq xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödəniləcək.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top