TƏBİB: Koronaviruslu xəstələrin müalicə protokolunda dəyişikliyin edilməsi nəzərdə tutulmayıb

SOSİAL 29 mar 2021, 14:22
Koronavirusa yoluxan xəstələrin müalicə protokolunda hər hansı dəyişikliyin edilməsi nəzərdə tutulmayıb.

Bu barədə Pravda.az-ın sorğusuna Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən cavab olaraq deyilib.

Bildirilib ki, hazırda virus əleyhinə müəyyən təsirə malik olan bir neçə dərman preparatı var: “Bütün dünyada olduğu kimi Azərbaycanda da həmin preparatlardan istifadə edilir. Bildiyiniz kimi, koronavirusa qarşı effekti tam təsdiq olunmuş dərman yoxdur. Sadəcə olaraq, dəstək müalicələri xəstəliklər mübarizə aparılır”.

Qeyd: TƏBİB-in koronaviruslu xəstələrin müalicəsi üçün tərtib etdiyi protokollarda istifadəsi tövsiyə olunan antiviral dərman preparatları bir sıra həkimlər tərəfindən uyğun seçim hesab edilmir. Antiviral dərmanlar həm toksiki, həm də bu virus üçün effektsiz adlandırılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top