Abşeronda iki mina aşkarlandı

SOSİAL 28 mar 2021, 20:50
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Qobustan kəndi yaxınlığında sursat aşkar olunması barədə məlumat daxil olub.

Demokrat.az
-ın xəbərinə görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub.

Pirotexniklər polis əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçirdikdən sonra aşkar olunan sursatlara baxış keçiriblər.

Müəyyən olunub ki, bu, 2 ədəd tank əleyhinə TM-62M təlim minasıdır. Sursatlar mütəxəssislər tərəfindən müvafiq qaydada götürülüb. Sursatların tapıldığı ərazidə (magistral yoldan aralı torpalıq ərazi) aparılan axtarışlar nəticəsində heç bir şübhəli əşya aşkar edilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top