“Ermənistan bəyanatların müddəalarını yerinə yetirməyə borcludur”

SİYASƏT 28 mar 2021, 09:25
“Ermənistan bəyanatların müddəalarını yerinə yetirməyə borcludur”. Bu sözləri politoloq, millət vəkili Rasim Musabəyov REAL TV-yə açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycan Ermənistanın əsassız iddialarına bir neçə dəfə rəsmi şəkildə cavab verib: “Ənənəvi olaraq erməni iddiaları ortaya çıxacaq ki, bunları hərbi əsir sayırlar, biz isə onları diversant sayırıq. Ancaq onun şərtləri var. Bu şərtlər Ermənistan XİN rəhbərinin səlahiyyətlərindən kənardadır.

Azərbaycan ərazisində Ermənistanın hərbi geyimdə olan vətəndaşları olmamalıdır. Bu öhdəlik götürüldüyü halda, diversantların taleyi nəzərdən keçirilib, onlara humanizm nümayiş etdirilərək, Azərbaycan hökuməti qaytara bilər”.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Sergey Lavrovun Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla da görüşü planlaşdırılır.

Görüşlərdə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarının icrası ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.

Xatırladaq ki, aprelin 2-də Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top