Bu gün Yerevanda hakimiyyət əleyhinə növbəti etiraz aksiyası keçiriləcək

DÜNYA 28 mar 2021, 08:30
Bu gün yerli vaxtla saat 15:00-da Ermənistanın paytaxtı Yerevanda ölkə hakimiyyəti əleyhinə növbəti etiraz aksiyası keçiriləcək.

Demokrat.az
xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, mitinq növbəti dəfə “Vətənin qurtuluşu uğrunda hərəkat”ın təşkilatçılığı ilə baş tutacaq. “Martın 28-də saat 15:00-da sizi Baqramyan və Dəmirçiyan küçələrində mitinqə dəvət edirik. Bizim hədəfimiz və mövqeyimiz dəyişməzdir”, - deyə hərəkatdan bildirilib.

Qeyd edək ki, Ermənistan müxalifəti ötən ilin noyabrından hakimiyyət əleyhinə etiraz aksiyalar keçirir, baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Paşinyan isə növbəsində iyunda ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bildirib. /report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top