Kürdəmir sakinindən qanunsuz silah götürüldü

HADİSƏ 06 mar 2021, 22:48
Kürdəmir sakinindən qanunsuz ov silahı götürülüb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Demokrat.az-a verilən məlumata görə, əməliyyatı Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları keçirib.

Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində Qarasu kənd sakini X.Quliyevdən müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top