Avropa İttifaqının qüsurlu qaz layihələrinə xərcləri açıqlandı

DÜNYA 06 mar 2021, 22:09
Avropa İttifaqı (Aİ) baş tutmamış, yaxud gələcəkdə baş tutması şübhəli olan 7 qaz layihəsinə 440 milyon avroya yaxın vəsait sərf edib.

“Report” “Prime”a istinadən xəbər verir ki, “Global Witness” beynəlxalq hüquq müdafiə təşkilatının məlumatına görə, bu vəsaitin 431 milyon avrosu Bolqarıstan, Rumıniya, Macarıstan, Avstriyanı birləşdirəcək və Qara dəniz yataqlarından təbii qazı Aİ ölkələrinə nəql edəcək boru kəməri layihəsinin payına düşür. Məqsəd Avropanı Rusiya təbii qazından asılı vəziyyətdən qurtarmaqdır.

Təşkilatın hesabatına əsasən, Qara dənizdə hələ istismar olunmayan qaz yatağının operatoru olan “Exxon” şirkəti layihədəki iştirak payını satmaq qərarını açıqlaması sərmayədarları narahat edib ki, nəticədə ötən ilin aprel ayında həmin boru kəmərinin Macarıstana qədər tikintisi təxirə salınıb.

Bu məsələni əsas götürən “Global Witness” Avropa Komisiyasını qaz layihələri başlıca əhəmiyyətli siyahısından (PCI) çıxartmağa, həmin layihələrə ayrılan vəsaiti isə bərpa olunan enerji sahəsindəki layihələrə yönəltməyə çağırıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top