İlham Əliyevin 4 saatlıq mətbuat konfransını əks etdirən VİDEO ermənidilli saytlarda

XARİCİ SİYASƏT 06 mar 2021, 15:44
Azərbaycan Prezidenti İlham Əliyevin 4 saatlıq mətbuat konfransı bu gün ermənidilli saytlarda yerləşdirilib.

KONKRET.az xəbər verir ki, orer.am saytında dövlət başçısının mətbuat konfransı ilə bağlı videosuna şərh də yazılıb. İnformasiya portalında bildirlir ki, İlham Əliyev Ermənistanı Zəngəzur dəhlizinin inşasına mane olmaqda günahlandırıb. “Biz Ermənistanla əməkdaşlığa hazırıq. Baş nazir müavinləri neçə dəfə görüşdü. İndi Ermənistan əməkdaşlıqdan imtina edir. İndi Ermənistan Zəngəzur dəhlizinin yaradılmasının qarşısını almaq istəyir. Ancaq bacarmayacaqlar”. Azərbaycan Prezidentinin bu sözləri ilə yanaşı YAP-ın qurultayında çıxışından bir hissə də dərc edilib:

“İlham Əliyev Yeni Azərbaycan Partiyasının 7-ci qurultayı zamanı “Onları məcbur edəcəyik”, – deyib. “Zəngəzur dəhlizi tarixi bir uğurdur. Bu məsələnin üçtərəfli bəyanatda ifadə olunması bizim üçün böyük bir siyasi qələbədir. Hazırda Zəngəzur dəhlizi üzərində aktiv işlər aparılır, bir çox təklif var, bir çox nəqliyyat və kommunikasiya layihəsi artıq müzakirə olunur, bu növbəti tarixi uğurumuz olacaq”.

Portal xatırladır ki, 11 yanvar 2021-ci il tarixində Moskvada Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib və bu görüşdə bölgənin nəqliyyat marşrutları ilə əlaqəli məsələlər müzakirə edilib. Müzakirələrin daha ətraflı aparılması üç ölkənin baş nazir müavinləri toplantıları çərçivəsində öz həllini tapacaq.

İlham Əliyevin 4 saatlıq mətbuat konfransını əks etdirən VİDEO ermənidilli saytlarda

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top