Dünya çempionu YAP İdarə Heyətinə üzv seçildi — FOTO


İDMAN 05 mar 2021, 18:11
Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının böyük məşqçisi Rövşən Bayramov Yeni Azərbaycan Partiyasının İdarə Heyətinə üzv seçilib.

Demokrat.az
bildirir ki, "Report"un əldə etdiyi məlumata görə, 40 nəfərdən ibarət siyahıya ikiqat olimpiya mükafatçısı da daxil edilib.

İdarə Heyəti YAP-ın VII qurultayında formalaşıb.

Qeyd edək ki, Rövşən Bayramov 2007-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada, 2008-ci ildə Finlandiyanın Tampere şəhərində Avropa çempionu olub. Sabiq yunan-Roma güləşçisi 2011-ci ildə Türkiyənin İstanbul şəhərində dünya çempionu adını qazanıb. Bayramov 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında gümüş medala yiyələnib.
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 apr 2021, 11:45
Top