Təşkilat Komitəsi: Tokio olimpiadası yenidən təxirə salınmayacaq

İDMAN 05 mar 2021, 20:38
Tokio-2020 Yay Olimpiya Oyunlarının növbəti dəfə təxirə salınması mümkün deyil.

"Report"un məlumatına görə, bu barədə yarışın Təşkilat Komitəsinin baş katibi Tosiro Muto "Kyodo" agentliyinə müsahibəsində deyib.

O bildirib ki, bu variant, ümumiyyətlə, müzakirə olunmur: "Oyunların yenidən təxirə salınmalı olduğunu deyən insanlar var. Amma məncə, bu, sadəcə mümkünsüzdür. Olimpiadanın bu ilin iyulunda keçirilməsi sonuncu mümkün variantdır".

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Yay Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabrda gerçəkləşməlidir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top