"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"nın direktor müavinləri vəzifələrindən azad edildilər

SOSİAL 03 mar 2021, 16:15
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin rəhbərliyində dəyişiklik olub.

Demokrat.az xəbər verir ki, qurumun baş direktorunun müavinləri Əkbər Kərimov və Məftun Abbasov tutduqları vəzifədən azad ediliblər.

Bununla da Limanın baş direktorunun müavinlərinin sayı dörddən ikiyə enib.

Son dəyişiklikdən sonra "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"nın Baş direktoru Taleh Ziyadovun müavinləri Fərid Əhmədov və Vahid Əliyev qalıb.

Xatırladaq ki, fevralın 22-də Azərbaycan Prezidentinin sərəncamı ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın Müşahidə Şurasının tərkibi müəyyənləşib.

Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Xalid Əhədov, Müşahidə Şurasının üzvləri Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Rəhman Hümmətov və Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini Xəyyam Məmmədovdur.(newscafe.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top