Tərtərlilərin 30 il sonra bayram sevinci — VİDEO

SOSİAL 03 mar 2021, 12:50
Tərtər sakinləri Od çərşənbəsini qeyd edib.

Baku TV xəbər verir ki, vaxtı ilə düşmənlə təmas xəttinə ən yaxın ərazidə yerləşən rayonun Borsunlu kənd sakinləri 30 ilə yaxındır ki bayram tonqalı qalaya bilmirdi.

Sakinlər bildirir ki, kənd ərazisində tüstü görən kimi erməni silahlı qüvvələri həmin istiqaməti atəşə tuturdu. İndi isə kənd sakinləri istənilən yerdə tonqallarını rahat şəkildə qalayırlar.

Kənddə hər kəs yüksək əhval-ruhiyə ilə Novruz bayramına hazırlaşır. 
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top