Ali Məhkəmədə inzibati işlərin çoxu bu nazirliklə bağlıdır

SOSİAL 26 fev 2021, 23:06
Ali Məhkəmənin İnzibati Kollegiyasında 2020-ci il ərzində baxılmış işlərin aid olduğu inzibati orqanlar üzrə bölgüsü açıqlanıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatda məlumat verilib.

Bölgüyə əsasən, mərkəzi icra hakimiyyəti və digər inzibati orqanları üzrə 535 iş (23,9%), bələdiyyələr və yerli icra hakimiyyəti oraqnları üzrə 223 iş (10 %), vergi xidməti üzrə 154 iş (6,9 %), Əmlak Məsələləri Dövlət Komitəsi 302 iş (13,5 %) olub.

Ən çox iş isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid olub: 1022 iş. 2020-ci il ərzində bu qurumun iştirak etdiyi işlərin sayı azalaraq bütövlükdə baxılmış işlərin 45,7 %-ni təşkil edib.

Yəni bütövlükdə 2 236 işə baxılıb, bunlardan 1022-si ƏƏSMN-in tərəf kimi iştirak etdiyi işlər olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top