Hafiz Paşayev: “Bu il ilk dəfə Xocalı qurbanlarını qalib ölkə kimi anırıq”

GÜNDƏM 26 fev 2021, 11:22
“Bu gün Ermənistan-Azərbaycan münaqişəsi tarixinin ən qanlı günüdür. 29 il əvvəl bu gündə dinc insanlar erməni vəhşiliyinin qurbanı olublar”.

Demokrat.az xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı keçirilən konfransda deyib.

“Ancaq bu insanların adları tarixə düşüb. Bu qurbanlar xalqımız tərəfindən həmişə xatırlanır. Gənc nəslin onları daim xatırlaması vacibdir”, - o bildirib.

H.Paşayev bu il ilk dəfə Xocalı qurbanlarını qalib ölkə olaraq andığımızı da əlavə edib: “Prezidentin əmrində olan igid ordumuz torpaqlarımızı erməni işğalından azad etdi. Qələbəmiz onların ruhlarını sevindirir”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top