Bakıda evlərdən birindən 5 gəncin meyiti tapıldı — MÜƏMMALI HADİSƏ

HADİSƏ 23 fev 2021, 13:52
Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivindəki fərdi yaşayış evlərindən birində 5 nəfərin meyiti tapılıb.

Demokrat.az xəbər verir ki, meyitlər bu gün tapılıb. Bunlar 16 yaşlı Atilla Rəşad oğlu Əliyev, 17 yaşlı Lətif Rəşad oğlu Əliyev, 21 yaşlı İnkişaf İdris oğlu Allahverdiyev, 24 yaşlı Şakir İdris oğlu Allahverdiyev və 46 yaşlı Natiq Faiq oğlu Səfərovdur. Hadisə yerinə təcili tibbi yardım çağırılıb, lakin təcili yardım briqadası hadisə yerinə çatanda həmin şəxslərin artıq öldüyünü təsbit edib.

Ölümün nə vaxt baş verdiyi və səbəbləri məlum deyil. Müvafiq ekspertizalar təyin edilib. Səbael rayon prokurorluğundan faktı təsdiqləyib bildirdilər ki, müstəntiqlər hadisə yerindədir, araşdırmalar aparılır və günün sonunda məlumat yayılacaq.(virtualaz.org)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top