Akif Aşırlı: "Jurnalistlərə də sürücülərə verilən vəsiqəyə bənzər sənədin verilməsi..."

GÜNDƏM 23 fev 2021, 10:10
Dostlar, əziz həmkarlar, jurnalistikanın qızıl qaydasıdır, müsahibin fikri, heç bir fakt təhrif olunmamalıdır. Çün, bilərəkdən, bilməyərəkdən, ya da texniki səbəbdən yaranan təhrif yanlışlıqlara yol acır. 

Demokrat.az xəbər verir ki, bunu "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı bildirib.

Akif Aşırlı daha sonra qeyd edib ki, Medianın İnkişafı Agentliyinin içracı direktoru Əhməd İsmayılovun Mirşahinə verdiyi müsahibəni mən də dinləmişəm. Jurnalistlərə vahid vəsiqənin verilməsi məsələsinə münasibət bildirən Əhməd müəllim bunun mümkünlüyünü deyib, hansı ki , bu məsələni reketlərə qarşı mübarizə variantlarından biri olaraq necə illərdir müzakirə edirik. Qəzetləri vərəqləsək, internetdə qısa axtarış aparsaq bu mövzuda onlarla yazı, təklif qarşımıza çıxar . 

"Jurnalistlərə də sürücülərə verilən vəsiqəyə bənzər sənədin verilməsi ifadəsi Mirşahinə məxsusdur, onun Əhməd müəllimə yönləndirici sualıdır. Həqiqəti kənara itələyib, ifadələri konteksdən çıxarıb yanlış fikirlər yaratmayağın. Bir də bu statusu kiminsə müdafiəsi üçün yazdığımı zənn etməyin, sadəcə təhrifdən doğan statuslara və şərhlərə görə yazdım", deyə baş redaktor sonda bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top