Heydərovlar ailəsinə bağlı olan şirkətlərin vergi borcları — SİYAHI

GÜNDƏM 17 fevral 2021, 17:18
Vaxtilə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun ailə üzvlərinin rəhbərlik etdiyi və əsasən “Gilan” adı ilə fəaliyyət göstərən şirkətlərin dövlət büdcəsinə böyük həcmdə vergi borcları var.

Yeniavaz.com-un apardığı araşdırmaya görə, Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan bu şirkətlərin arasında ən böyük borc “Gilan Holding” MMC-yə məxsusdur. Bu şirkətin vergi borcu 607 min 944 manat 16 qəpik təşkil edir.

Digər şirkətlərin vergi borcları aşağıdaki kimidir:
 
Şirkətin adı Direktoru Hüquqi ünvanları Vergi borcu
“Gilan Holding” MMC Muradov Cəmil Tahir Nərimanov pr, ev 206, m.466 673 944,16
“Gilan İdman Klubu” MMC Muradov Cəmil Tahir Z. Əliyeva, ev 38, m. 74 6,55
“Gilan İnşaat” MMC İsmayılov Elvin İsmayıl Z. Əliyeva, ev 38, m. 24 31 080,67
“Gilan Beton” MMC Səlimov Kərim Zakir Nərimanov pr, ev 206, m.466 53 907,03
“Gilan Servis” MMC Qafarov Gündüz Azər Z. Əliyeva, ev 38, m. 24 44 477,73
“Gilan Construction Group” MMC İsmayılov Elvin İsmayıl Nərimanov pr, ev 206, m.466 114,30
“Gilan Hospitality Group” MMC Məmmədov Elgün Məmmədov Nərimanov pr, ev 206, m.466 3 631,94
“Ay-NT” MMC Məmmədov Elgün Məmmədov Hüseyn Cavid pr, ev 1, məhəllə 518, m 19 24,36
“Gilan Pastoral” MMC Həsənov Elşən Bəşir Nərimanov pr, ev 206, m.466 2 117,5
“Gilan Hospitality-Lənkəran” MMC Məmmədov Elgün Məmmədov Lənkəran ş. Şəhidlər xiyabanı, ev 153, m.46 1,15
“Gilan Zeytun” MMC Sultanov Emil Rauf Z. Əliyeva, ev 38, m. 24 15,78
“Gilan Aqro Sitrus” MMC Süleymanov Vaqif Həsən Lənkəran ş, H. Əliyev, ev 261 93,94
“Gilan Dəri” MMC İsrafilov Azər Fərrux Z. Əliyeva, ev 38, m. 24 25 609,55
“Gilan-Pakoil” MMC İsrafilov Azər Fərrux Qəbələ r, Nohürqışlaq 460,21
“Uei Transport” MMC Muradov Cəmil Tahir Salatın Əsgərov, ev 187 1 746,63
“Fobos Plaza” MMC Muradov Cəmil Tahir Nərimanov pr, ev 206, m.466 660,58
“UPC” MMC Pavel Belorusskıı Nərimanov pr, ev 206, m.466 4 592,98
“Gilan Plastik” MMC Yüzbəyov Romik Əlman Z. Əliyeva, ev 38, m. 74 9,35
“Gilan Qəbələ Aqrotexservis” MMC Qurbanov Abdulqafar Abdulrəhman Qəbələ r, Hacallı  1 955,44
“Gilan Satış” MMC Ağayev Laçın Şirvan Z. Əliyeva, ev 38, m. 24 284
“Gilan Vegetables” MMC Yusifov Emin Sadəddin Nərimanov pr, ev 206, 7,21
“Qəbələ Atıcılıq Klubu” MMC İsmayılov Elvin İsmayıl Z. Əliyeva, ev 38, m. 74 4 123,15
“İnteqral Loqistika” MMC Məmmədov Həsən Faiq Neftçilər pr. Ev 143, m 21 13 253,77
“Vita Farm TN” MMC Muradov Cəmil Tahir Neftçilər pr. Ev 143, m 21 14 136,76

Qeyd edək ki, adları qeyd olunan şirkətlərin hüquqi ünvanları və qanuni təmsilçilərinə (director) nəzər salındığı zaman açıq şəkildə görünür bu şirkətlər arasında hansısa əlaqələr var. Kəmaləddin Heydərovun övladları Tale və Nicat Heydərovlar da vaxtı ilə ölkənin ən böyük holdinqlərindən birinin - "Gilan Holding"in rəhbərliyində təmsil olunub. Tale Heydərov eyni zamanda "Gilan Holding"in tərkibində yer alan "Qəbələ" Futbol Klubunun prezidenti, həmçinin İngiltərədə qeydiyyatdan keçən "United Enterprises International" şirkətinin rəhbəri olub. Tale Heydərova məxsus "taleheydarov.com" saytında qeyd olunur ki, onun biznesinə hazırda "TEAS Nəşriyyat evi", "Libraff" kitab mağazaları şəbəkəsi və illik təhsil haqqının 12-15,5 min manat olduğu  "Avropa Azərbaycan Məktəbi" daxildir. Kəmaləddin Heydərovun digər oğlu Nicat Heydarov "linkedin" sosial şəbəkəsindəki hesabında özünü hələ də "Gilan Holdinq"in rəhbəri (CEO) kimi təqdim edir. Nicatın adına İngiltərədə qeyydiyyatda olan "United Enterprises International" şirkətinin rəhbərləri arasında rast gəlmək olar.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top