Kriminal avtoritetin ölümündə şübhəli bilinən qardaşoğlu tutuldu

HADİSƏ 26 noy 2018, 11:51

Saatlı rayonunda kriminal avtoritet Oktay Əkbərovu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

 Saxlanılan şəxs O.Əkbərovun qardaşı oğlu 22 yaşlı Saleh Əkbərovdur.

 

S.Əkbərovdan hadisə zamanı istifadə etdiyi ov tüfəngi aşkar edilərək götürülüb.

 

Fakt üzrə araşdırmalar davam etdirilir.

 

Xatırladaq ki, dünən rayonun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan 1967-ci il təvəllüdlü Əkbərov Oktay Saleh oğlunun başında 2 güllə yarası olan meyiti ona məxsus BMW markalı avtomobildə aşkar edilib.

 

“Report”

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top