Bahalanma benzin və dizelin satışına necə təsir edib? — RƏQƏMLƏR

SƏNAYE VƏ ENERGETİKA 13 fev 2021, 13:29
Bu ilin yanvar ayında Azərbaycanda 172,1 milyon manatlıq benzin və dizel yanacağı satılıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, benzin və dizelin satışı ötən ilin yanvar ayı ilə müqayisədə 12,1% azalıb. Benzin və dizelə xərclənən vəsait ümumi xərclərin 5,4%-ni təşkil edib.

Məlumat üçün bildirək ki, bu ilin yanvar ayının 5-dən Azərbaycanda “Aİ-92” markalı avtomobil benzininin satış qiyməti 10 qəpik artaraq 1 litr üçün 1 manat, dizel yanacağının satış qiyməti isə 20 qəpik artaraq 1 litr üçün 80 qəpik olub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top