ABŞ Maliyyə Nazirliyi 16 aprel 2025-ci ildə İran neftinin daşınmasında iştirak edən Çin, Malayziya və Tailand mənşəli bir sıra şirkət və gəmilərə qarşı yeni sanksiyalar tətbiq edib. Bu addım, İranın neft satışından əldə etdiyi gəlirlə terrorçu qrupları dəstəkləməsinin qarşısını almaq məqsədi daşıyır.
Məlumata görə, ümumilikdə 7 şirkət Maliyyə Nazirliyinin Xüsusi Təyin edilmiş Vətəndaşlar və Qadağan olunmuş Şəxslər (Specially Designated Nationals and Blocked Persons, SDN) siyahısına daxil edilib. Onların arasında Honkonq, Panama və Marşal adalarından olan hüquqi şəxslər də var.
“Bundan əlavə, beş neft daşıyan gəmi də sanksiyalara məruz qalıb”, - məlumatda qeyd olunub.
Milli Məclisin deputatı Tural Gəncəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, ABŞ Maliyyə Nazirliyi tərəfindən İrana qarşı neft satışında iştirak edən şirkətlərə, gəmilərə qarşı sanksiya tətbiqi olub:
“Həmin sanksiya tətbiqi ilə bağlı konkret maliyyə sanksiyası qoyulmuş şəxslərin, müəssisələrin Azərbaycanın Cənub Qaz Dəhlizi və neft ixrac marşutları ilə əlaqələndirmək doğru deyildir. Çünki Azərbaycanın iştirakı və bilavasitə təşəbbüsü ilə yaradılan və hazırda dünyanın önəmli qaz dəhlizi olan Cənub Qaz Dəhlizi artıq özünü kifayət qədər təsdiq etmiş qlobal bir layihədir.
Yəni, ABŞ-İran, ABŞ-Çin qarşı durması və yaxud da ki ABŞ-nın Rusiya ilə münasibətləri kontekstində yaşanan qaz və neft kəmərləri ətrafında yaşanan proseslər, hadisələr Azərbaycanın Cənub Qaz Dəhlizinə təsir etmir. Yəni, Azərbaycanın iştirakı ilə bünövrəsi qoyulan Cənub Qaz Dəhlizi hazırda xüsusilə Avropanın enerji təhlükəsizliyinə çox böyük töfhə verən layihədir”.
Deputat qeyd edib ki, bu, proyekt günü-gündən inkişaf edir:
“Cənub Qaz Dəhlizi kifayət qədər müstəqil və çox effektli bir enerji xətti olduğundan Avropa İttifaqı məhz bu proyektin önəmini anlayır. Ona görə də Cənub Qaz Dəhlizi ABŞ-nın digər ölkələrlə xüsusilə də Trampın ticarət müharibələri və iqtisadi sanksiyalardan asılı deyildir. Cənub Qaz Dəhlizi özlüyündə müstəqil, kənar təsirlərə məruz qalmayan və Avropanı kifayət qədər güclü enerji təhlükəsizliyi ilə töfhə verən bir layihədir. Xatırladım ki, Cənub Qaz Dəhlizində 20 milyard kub metrdən çox potensialı qaz nəqli imkanı var, bu həyata keçirilir”.
Leyla Turan
Demokrat.az