İran buna görə ABŞ-ı tənqid edib

DÜNYA 05 iyun 2025, 20:30
İran Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) təqdim etdiyi Qəzzada atəşkəs layihəsinə veto qoyulmasını pisləyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi  bildirib ki, bu hərəkət Amerikanın mənəvi çöküşünün əlamətidir.

Bekayi bildirib ki, ABŞ-ın BMT Təhlükəsizlik Şurasında veto qoyması İsrailin Fələstini işğalının və Qəzzada həyata keçirdiyi soyqırımın davam etməsində əsas amildir.

Qəzzada atəşkəs, İsrail tərəfindən bloklanan humanitar yardımların ölkəyə girişi və məhbusların azad edilməsini nəzərdə tutan BMT Təhlükəsizlik Şurasına təqdim edilən qətnamə layihəsi dünən ABŞ-ın tək səsi ilə veto edilib.

Əfsanə Kamal
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top